Bu gün doğum günündür sənin! Bu gün sənin xətrinə dəyməyəcəyəm. Dostum www.facebook.com-da mesaj yazaraq xahiş edib. Əslində günün bitməyinə elə də çox qalmayıb. Əslində “Sənin doğum gününü qeyd edirəmmi?” sualı deşir beynimi. Yenə başımı nə ilə isə qatıb, səni yada salmayım gərək… Amma alınmır…
Bilirsənmi, nəyə bənzəyir taleyin sənin?
Neçə illərdən bəri övladı olmayan ailədə körpə doğulur, min bir naz-nemətlə qeyd edirlər. Deyək ki, 28 Mayda doğulur bu körpə. Çevik, ağıllı və yaşıdlarından fərqli fikirlərinə görə seçilən biri olur. Azad, müstəqil qərarlar qəbul edir. Və günlərin bir günü, 2 yaşında olarkən, qonşuluqdakı uşaqlarla oynayan zaman çərhovuzun dayaz, amma bir o qədər də dərin suyunda boğulur…
Hmm… Heç nə əvvəl kimi olmur, daha valideyn əlləri göyləri cızmır duaları ilə, daha borc alıb nəzir verilmir…Nə az, nə çox, 7 (0) il belə keçir…
…Və müasir texnologiyanın köməyi ilə – olsun lap süni mayalanma – ananın bətnində körpə tərpənişi hiss olunur… Deyək ki, oktyabrın 18-də doğulur bu körpə. Amma beyinlər hər mayın 28-i sızlayır. Və heç bir təm-taraq da görmür oktyabrın yetirməsi… Ana-ata qayğısından da payına azacıq düşür. Qəlblərindəki qəhər də, sevgilərini yeni doğulmuşla bölüşməyə izin vermir…
Anamın yaxşı bir misalı var: Ata və ana sevgisindən məhrum olmuş insanların ürəyini sonradan sevgilə isitmək olmur…
Həə, bu uşaq hələ də – 18 yaşına kimi özünü təsdiq edə bilmir, əksinə mənəvi cəhətdən sarsılmış biri kimi böyüyür. İnsanları incitməkdən zövq alır… Azad olmur, əksinə, azadlığı alınır…
Heç oxşarlıq tapdınmı? Hmmm… Sən də mənə bu gün, O GÜN doğulduğun qədər əziz deyilsən… O zamanın “SƏN”inin mayasında daha çox inam və sevgi vardı…O zamanlar SƏN daha Müstəqil idin. O zaman sən ehtiyac, sabaha ümid idin. İndisə hansısa planın yetirməsi…
Səni məhz 28 Mayla sevdim, Səni məhz 28 Mayda sevdim.
…O zaman səndən azadlıq iyi gəlirdi…
İndi isə cinayət…
18.10.2009
Vüsalə Əlibəyli
October 18, 2009 at 8:52 pm
Thanks
Sandro
October 20, 2009 at 4:40 pm
İkinci övlada ögey münasiət göstərməməliyik. Onu bu depresiyadan çıxarmaq lazımdı. Gəlin o GƏNCİ qucaqlayıb bağrımıza basaq… Başqalarının təsirindən qurtarq ONU…
October 22, 2009 at 10:29 am
Ssenari mohtesemdi…”Goyleri cizmir dualari ile” ifadesi meqalenin en tesirli soz oyunudur.Hetta bu ifadeni icazenle ne zamansa men de islede bilerem (yani yenilikdir, beyendim). Yazinda asiri serbestlik menim ucun yaddir(meselen – “hmm” danisiq ifadesi, “suni mayalanma” sozu ve s). Baxmayaraq ki, men hec de mene yad olan bir nuansa gore, kimise ittiham ede bilmerem.Subyektivlik de heddinden artiqdir.Sohbetin Azerbaycandan getmesi fovqunde “ikinci usagin yarali dogulmasini” qeyd etmemek senin yazindaki en boyuk catismamazliqdir. Cunki 28 may ve 18 oktyabr Azerbaycanlarini bir-birinden ferqlendiren en esas xususiyyet ikincinin Qarabagsiz dogulmasidir. Xususen de, birincini “cerhovuzda bogmaqdansa” onu menaalti ifadelrle basqa qeza neticesinde olduyunu tesevvur etseydin ela olardi…”7(0) il” fikri de men de xos tesurat yaratdi.Bu meqaleye gore seni tebrik etmek olar.Sadece Qarabag meselesini daxil etsen ela olardi….Dost fikirleri……